PAYTAXT XƏBƏRLƏRİ

Bakıda gözəllik salonlarının işçilərini təhqir edən cinsi azlıq nümayəndəsinə hökm oxunub

1990-cı il təvəllüdlü Kənan Tağıyev 2021-ci ilin sentyabrında polis əməkdaşları tərəfindən saxlanılıb. Şəxsi axtarış zamanı onun üzərindən, eləcə də yaşadığı ünvandan psixotrop maddə götürülüb.
Sputnik
BAKI, 17 yanvar — Sputnik. Bakıda yerləşən mağazalara, gözəllik salonlarına daxil olaraq, xidmət personalını qeyri-etik ifadələrlə təhqir edən, sosial şəbəkələrdə narkotik və psixotrop maddələri təbliğ edən cinsi azlıq nümayəndəsi Kənan Tağıyevə hökm oxunub. O, 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Bununla bağlı hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Faiq Qəniyevin sədrliyi ilə keçirlən prosesdə elan edilib.
Qeyd edək ki, 1990-cı il təvəllüdlü Tağıyev Kənan Telman oğlu 2021-ci ilin sentyabr ayında polis əməkdaşları tərəfindən saxlanılıb. Şəxsi axtarış zamanı onun üzərindən, eləcə də yaşadığı ünvandan psixotrop maddə metamfetamin aşkar olunaraq götürülüb.
O, ilkin ifadəsində narkotik istifadəçisi olmasını, törətdiyi qanunsuz hərəkətləri narkotik vasitələrin təsiri altında etdiyini etiraf edib.
K.Tağıyev barəsində Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) və 234-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə cinayət işi başlayıb.