AZƏRBAYCAN XƏBƏRLƏRİ

Azərbaycanda idman sahəsində vəzifə maaşı artırılıb

İdman sahəsində seleksiya üzrə baş mütəxəssisin aylıq vəzifə maaşı 890 manatdan yuxarı olacaq.
Sputnik
BAKI, 17 yanvar — Sputnik. İdman sahəsində seleksiya üzrə baş mütəxəssisin aylıq vəzifə maaşı artırılıb.
Sputnik Azərbaycan xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti "İdman sahəsində seleksiya üzrə baş mütəxəssislərə aylıq vəzifə maaşlarının müəyyən edilməsi haqqında" qərara dəyişiklik edib.
Qərara əsasən, idman sahəsində seleksiya üzrə baş mütəxəssisin aylıq vəzifə maaşı 890 manatdan 1070 manata qaldırılıb.
Bu Qərar 2022-ci il yanvarın 1-dən tətbiq edilir.
Qeyd edək ki, bu il yanvarın 1-dən minimum aylıq əməkhaqqının məbləği artırılaraq 250 manatdan 300 manata çatdırılır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin maaşlarının minimum məbləğləri də buna uyğunlaşdırılacaq. Minimum əməkhaqqının artımı Vahid Tarif Cədvəlinin (VTC) bütün pillələri üzrə artımlara imkan verəcək.