BAKI, 17 yanvar — Sputnik. Müdafiə Nazirliyi azad edilən ərazilərdə dislokasiya olunan qoşunların durumunu açıqlayıb. Sputnik Azərbaycan Müdafiə Nazirliyinin saytına istinadla xəbər verir ki, dağlıq və çətin keçilən ərazilərdə yerləşən bölmələrimizin mövqelərinə yeni təminat yollarının çəkilməsi üzrə fəaliyyətlər davam etdirilir.
Məlumatda qeyd olunub ki, işğaldan azad edilən Kəlbəcər və Laçın rayonlarında dislokasiya olunan qoşunların döyüş qabiliyyətinin yüksək səviyyədə saxlanması, o cümlədən bölmələrin fasiləsiz təminatını həyata keçirmək məqsədilə Azərbaycan Ordusunun Mühəndis Qoşunları yolların daima işlək qalması, qar örtüyündən təmizlənilənməsi işləri davam edir.
Eləcə də dağlıq və çətin keçilən ərazilərdə yerləşən bölmələrimizin mövqelərinə yeni təminat yollarının çəkilməsi üzrə fəaliyyətlər davam etdirilir.