Köçəri quşların çoxu Şərqi Avropa və ya Qərbi Asiya ölkələrindən uçub gəlir, bəziləri qışlamaq üçün İsraildə qalır, qalanları isə güneyə tərəf üz tuturlar. Hər il olduğu kimi bu il də fotoqraflar sığırçınların heyrətamiz uçuşunu foto-kameranın yaddaşına köçürə biliblər.
Quşlar sinxron, fasiləsiz uçuş zamanı səmada heyrətamiz görüntü yaradırlar ki, insan gözünü onlardan çəkə bilmir. Həmin vaxt sığırçınların uçuş sürəti saatda 40 kilometrə çatır. Bütün hərəkətlər saniyənin yüzdə biri ərzində baş verir. Bununla belə, sığırçınlar bir-biri ilə toqquşmur və onların yaratdıqları fiqurlarda sistematiklik olmur.
Sputnik Azərbaycan sığırçınların İsrail səmasındakı heyrətamiz rəqsini əks etdirən fotolenti təqdim edir.