BAKI, 16 yanvar — Sputnik. Bu Avropa şəhərində 13 595 oğlan uşağına İslam peyğəmbərinin adı verilib ki, bu da ikinci yeri tutan Jan adından iki dəfə çoxdur.
Ötən il Belçikanın paytaxtı Brüsseldə kişilər arasında ən çox qoyulan ad Məhəmməd olub. Bu barədə həmin ölkənin Statistika Agentliyi məlumat yayıb.
Məlumatda bildirilir ki, 2021-ci ildə Brüsseldə nə az, nə çox, düz - 13 595 oğlan uşağına İslam peyğəmbərinin adı verilib ki, bu da ikinci yeri tutan Jan adından iki dəfə çoxdur. Ötən il bu şəhərdə yalnız 6089 nəfər oğlan uşağına Jan adı verilib.
Beləliklə, Məhəmməd adı, ümumiyyətlə, Brüsseldə ən çox qoyulan adların sırasında 3- cü yeri tutub. Hazırda bu Avropa paytaxtında 4,8 min kişi Məhəmməd adını daşıyır.
Məhəmməd, ümumilikdə Belçikada ən çox qoyulan adların onluğuna da düşə bilib. Hazırda bu Avropa ölkəsində 34 862 nəfər kişi İslam peyğəmbərinin adını daşıyır.
Qeyd edək ki, Belçikada Məhəmməd peyğəmbər dəfələrlə təhqir olunub. KİV nümayəndələri və ayrı-ayrı radikalların sırasına bir çox hallarda yerli katolik kilsəsi də qoşulub. Eyni zamanda İslam dinində üstünlük verilən qadın baş geyimləri də bu ölkədə qadağalar siyahısındadır. Hətta dəfələrlə küçədə hicablı qadınlar təhqir edilib.
İslamofob hərəkətlər Belçikada Allahın elçisi, sonuncu peyğəmbər Məhəmmədin adının kütləvi şəkildə uşaqlara qoyulmasına səbəb olub.