AZƏRBAYCAN XƏBƏRLƏRİ

Azərbaycanlı seysmoloqlar zəlzələnin gücünü 4,9 bal gücündə qiymətləndiriblər

Yerli vaxtla saat 07.25-də Zəngilan rayonu, Ordubad stansiyasından 49 kilometr şimal-şərqdə baş verən yeraltı təkanlar ətraf rayonlarda 3-4 bala qədər hiss olunub.
Sputnik
BAKI, 16 yanvar — Sputnik. Azərbaycan Milli Elmlər Akademiyasının Respublika Seysmoloji Xidmət Mərkəzi ndənErmənistan və İranla həmsərhəd Zəngilan rayonunda 4,9 bal gücündə zəlzələ baş verdiyi bildirilib.
"Yerli vaxtla saat 07.25-də Zəngilan rayonu, Ordubad stansiyasından 49 kilometr şimal-şərqdə 4,9 bal gücündə zəlzələ qeydə alınıb. Zəlzələnin episentrində gücü 5 bal olub, ətraf rayonlarda da 3-4 bala qədər yeraltı təkanlar hiss olunub", - deyə Azərbaycan Elmlər Akademiyasının məlumatında qeyd olunur.
Bundan əvvəl Ermənistan Fövqəladə Hallar Nazirliyi məlumat vermişdi ki, bazar günü səhər saatlarında Ermənistan-Azərbaycan sərhədində, Zəngəzur bölgəsinin Qafan şəhərindən 12 kilometr aralıda 4,3 bal gücündə zəlzələ baş verib.