HADİSƏ

Xaçmaz və Xudat güclü küləyə sinə gərir

Külək nəticəsində rayonun Qobuqırağı kənd orta məktəbinin bir hissəsinin damı uçub.
Sputnik
BAKI, 15 yanvar - Sputnik. Bu gün Xaçmaz rayon ərazisində əsən güclü külək bir neçə fəsadlara yol açıb. Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi məlumata görə, külək səhər saatlarından əsməyə başlayıb.
Külək nəticəsində rayonun Qobuqırağı kənd orta məktəbinin bir hissəsinin damı uçub.
Xaçmaz rayon Təhsil Şöbəsinin müdiri İnqilab Musayevin Sputnik Azərbaycan-a verdiyi məlumata görə, o dərhal hadisə yerində olub. Məktəbin əsas binasının deyil, köməkçi binanın dam örtüyününkülək nəticəsində uçduğu məlum olub.
Qobuqırağı kəndində küləyin fəsadları
Havanın şıltaqlığı nəticəsində Köhnə Xudat kəndində bir fərdi evin damı uçub. Rayon ərazisində əsən külək bir çox sakinləri də işıqsız qoyub. Hal-hazırda rayon ərazisində 5-6 xəttə elektrik enerjisi kəsilib.
Həmçinin oxuyun:
Paytaxta və rayonlara yenə qar yağacaq
Bazar günü hava necə olacaq?
Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb