NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

"Qara qızıl"ımızın qiyməti 89 dolları ötdü

"Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.
Sputnik
BAKI, 15 yanvar - Sputnik. Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1 ABŞ dolları, yaxud 1,1 % artaraq 89,12 ABŞ dollara çatıb. Sputnik Azərbaycan Report-a istinadən xəbər verir ki, ötən gün “Brent” markalı neftin bir bareli 86,06 ABŞ dolları olub.
Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dolları götürülüb.
"Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.
Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.
Həmçinin oxuyun:
Banklar dolların alış qiymətini niyə qaldırıb?
Dollar bahalaşacaqmı? - Deputatdan məzənnə ilə bağlı açıqlama
Smart tipli qaz sayğaclarından imtina və sıfırlanma - Ruslan Əliyev sualları cavablandırır
Prezident: "Bu gün ölkəmizin həyatında çox əlamətdar bir gündür"