BAKI, 15 yanvar — Sputnik. Bakı şəhərində mənzildə qadın meyiti aşkar edilib. Sputnik Azərbaycan-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Xətai rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Hadisə yerinə cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1959-cu il təvəllüdlü Hüseynova Gülnarə Mirzəağa qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.
Xəzər rayonu Binə qəsəbəsi ərazisində 55-60 yaşlarında üzərində zorakılıq əlamətləri olmayan naməlum kişi meyiti tapılıb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən xəbərə görə, aparılan araşdırmalar zamanı onun şəxsiyyətini müəyyən etmək mümkün olmayıb.