BAKI, 15 yanvar - Sputnik. Sumqayıt şəhər sakini Məmmədov İntiqam Cəmil oğlunun Moskvada olduğu zaman yük avtomobilində cəsədi tapılıb. Sputnik Azərbaycan-ın müxbiri xəbər verir ki, hadisə Moskvanın məşhur "Food Citi" bazarında baş verib.
İ.Məmmədovun sürücü yoldaşlarının Sputnik Azərbaycan-a verdikləri məlumata görə, o maşını yük boşaltma məntəqəsində saxlayıb.
Məmmədov İntiqam
© Sputnik / Leyla Abdullayeva
Mərhumla əlaqə saxlaya bilməyən şirkətin icraçı direktoru orada olan digər sürücülərlə əlaqə saxlayıb və Məmmədovun telefona cavab vermədiyini bildirib.
Sürücü yoldaşları dərhal İntiqam bəyin yük maşınının ətrafına gəliblər. Pəncərələrin buz bağladığını görüb qalxıb pəncərədən baxanda onun tərpənmədiyini görüblər.
Dərhal polis və təcili yardıma xəbər veriblər. Polis maşının qapısını qıranda İ.Məmmədovn cəsədini aşkar edib.
Polis əməkdaşlarının şürücülərə verdiydikləri məlumata görə, mərhumun ölüm səbəbinin qida zəhərlənməsi olub.
Onu da qeyd edək ki, mərhum 1976-cı il təvəllüdlüdür, ailəlidir, iki övladı var.
Allah rəhmət eləsin!