CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bazar günü hava necə olacaq?

Yaxın günlər ərzində Abşeron yarımadasında tez-tez gilavar küləyinin xəzri küləyi ilə əvəz olunacağı, atmosfer təzyiqinin xeyli tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişsizdir.
Sputnik
BAKI, 15 yanvar — Sputnik. Yanvarın 16-da Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə yağıntılı olacağı ehtimalı var.
Şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 2-4° isti, gündüz 6-8° isti olacaq. Bakıda gecə 2-4° isti, gündüz 6-8° isti gözlənilir. Atmosfer təzyiqi 755 mm civə sütunundan 763 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-70 % olacaq.
Tibbi-meteoroloji xəbərdarlığa görə, yaxın günlər ərzində Abşeron yarımadasında tez-tez gilavar küləyinin xəzri küləyi ilə əvəz olunacağı, atmosfer təzyiqinin xeyli tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişsizdir.
Azərbaycanın rayonlarında Arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir. Gecə və səhər saatlarında duman.
Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-5° şaxta, gündüz 7-10° isti, dağlarda gecə 10-15° şaxta, gündüz 0-5° şaxta, yüksək dağlıq ərazilərdə gecə 15-20° şaxta, gündüz 5-10° şaxta olacaq.
Həmçinin oxuyun:
Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb