BAKI, 14 yanvar — Sputnik. Türkiyə musiqisinin imperatoru İbrahim Tatlısesin qızı Dilan Çıtak Azərbaycana gəlib. Sputnik Azərbaycan xəbər verir ki, gənc ifaçı ötən gün Bakının məşhur restoranlarının birində çıxış edib. O, paytaxtda musiqiçi sevgilisi Levent Dörterlə birgə olub.
Cütlük konsertdən sonra Xalq artisti Tünzalə Ağayeva ilə bir araya gəlib. Xalq artisti "İnstagram" hesabında həmin görüşdən video paylaşıb. Görüntülərdə Dilanın Azərbaycanla bağlı fikirləri yer alıb:
"Çox xoşbəxt oldum. İnanılmaz dərəcədə qonaqpərvərliklə qarşılaşdıq. İnsanların nəcib və istiqanlı olması bizi xoşbəxt etdi. Möhtəşəmsiz".
Qeyd edək ki, türk estrada müğənnisinin obrazı üzərində stilist Anar Ağakişiyev çalışıb.