PAYTAXT XƏBƏRLƏRİ

Sığınacağa verilən uşaqların sayı açıqlandı

Bakı Şəhər Baş Polis İdarəsinin rayon polis idarələrinin əməkdaşları tərəfindən 121 maarifləndirici görüş, 347 reyd keçirilib
Sputnik
BAKI, 14 yanvar — Sputnik. Ötən il Bakıda 61 uşaq sığınacağa təhvil verilib, onlarla bağlı hüquqi tədbirlər görülüb.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən "Report"a bildirilib ki, 2021-ci ildə paytaxt ərazisində yetkinlik yaşına çatmayanlara tütün məmulatı satılması ilə bağlı 14 reyd keçirilib.
Bildirilib ki, 5 nəfər barəsində inzibati xəta haqqında protokol tərtib edilib.
Qeyd edilib ki, Bakı Şəhər Baş Polis İdarəsinin rayon polis idarələrinin əməkdaşları tərəfindən 121 maarifləndirici görüş, 347 reyd keçirilib.
Qeyd edək ki, ötən gün Qeyd edək ki, sosial şəbəkələrdə uşaq bağçalarından birində azyaşlıya qarşı şiddət göstərilməsi ilə video görüntülər yayılıb. Əlində telefonla video çəkilişi aparan uşaq bağçasının işçisi körpəyə çörəyi dişləməsini və ağzında saxlamasını deyir. Sonra isə çörəyi yeyən uşağın başına vurur.
Artıq İsmayıllı şəhəri 1 saylı körpələr evi-uşaq bağçasında körpəyə qarşı şiddət göstərən tərbiyəçisi Baxışova Zülfiyyə Ədalət qızı işdən çıxarılıb.
Bu barədə Sputnik Azərbaycan-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, Z.Baxışova ilə bağlanmış əmək müqaviləsi vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə, əmək müqaviləsi üzrə öhdəlikləri yerinə yetirmədiyinə, “Müəllimlərin etik davranış Qaydaları”nın tələblərini pozduğuna və azyaşlı ilə kobud rəftar etdiyinə görə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, bu gündən ləğv edilib.