NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Neftin bugünkü qiyməti

Azərbaycan neftinin bir barelinin qiyməti yanvarın 13-də ötən il rekordunu yeniləyərək 88,45 dollar olub.
Sputnik
BAKI, 14 yanvar — Sputnik. Dünya bazarında "Azeri Light" (CIF) markalı neftin qiyməti azalıb.
Sputnik Azərbaycan-ın məlumatına görə, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,33 ABŞ dolları və ya 0,37% azalıb 88,12 dollar təşkil edib.
Qeyd edək ki, COVID-19-a yoluxma hallarının artması ilə əlaqədar əlavə məhdudiyyətlərin tətbiqi benzinə olan tələbin azalmasına, habelə dünya bazarlarında neftin ucuzlaşmasına səbəb olub.
Xatırladaq ki, Azərbaycan neftinin bir barelinin qiyməti yanvarın 13-də ötən il rekordunu yeniləyərək 88,45 dollar olub.