BAKI, 14 yanvar — Sputnik. Ölkə ərazisində qeyri-sabit hava şəraiti bölgələrdə də fəsadlara yol açıb. Sputnik Azərbaycan xəbər verir ki, Mingəçevirdə güclü külək bir neçə iri gövdəli ağacı aşırıb.
Təbiət hadisəsi zamanı şəhər ərazisində ağaclar elektrik naqillərinin üzərinə aşıb.
Nəticədə bir neçə ünvana elektrik enerjisi verilişində fasilələr yaranıb. Bir neçə küçə və prospektərdə işıqforların fəaliyyəti də dayanıb.
Mingəçevirədə küləyin fəsadları
© Sputnik / Rahim Mammadov
Təbiət hadisəsi zamanı şəhər sakinlərdən xəsarət alan olmayıb. Mingəçevirin əsasən Heydər Əliyev prospekti, 20 yanvar, Üzeyir Hacıbəyov, Təbriz və digər küçələrində qovaq, şam ağacları küləyə tab gətirməyib.
Qeyd edilən ünvanlarda aşan ağaclar aidiyyatı qurumlar tərəfindən kəsilib doğranaraq texnikalarla daşınıb. Hazırda bölgədə zəif külək müşahidə edilir.