BAKI, 14 yanvar — Sputnik. “Donuz Peppa”, “Qızlar” və Ariana Grande: uşaqlar 2021-ci ilin payızında internetdə nə ilə maraqlanıblar .
Sputnik Azərbaycan-ın xəbərinə görə, "Kaspersky" 2021—ci ilin payızında uşaqların hansı internet məzmunla maraqlandığını təhlil edib.
Məlum olub ki, araşdırmanının aparıldığı sentyabr-noyabr aylarında uşaqlar zamanlarının çoxunu "YouTube"da keçiriblər. Bununla da on ən tanınmış tətbiqdə keçirilən ümumi vaxtın 31%-i "Youtube"a həsr olunub. İkinci yerdə 19% zaman xərci ilə "WhatsApp", üçüncü yerdə isə 18,8% zaman xərci ilə "TikTok" dayanıb.
Məlum olub ki, uşaqların "YouTube"da ən çox axtardığı məzmun oyunlarla bağlıdır. Bu cür sorğuların payı 28% təşkil edib. Onlar daha çox oyun blogerlərinin kanallarını tapmağa çalışıblar, ən populyar oyun isə "Minecraft" olub. "YouTube"da ilk üçlükdə "MrBeast", "EdisonPts" və "Paluten" kanalları yer alıb, ən çox tələb olunan oyunların ilk onluğuna isə "Genshin Impact" və "Poppy Playtime" da olub.
Uşaqların "YouTube" sorğuları arasında say baxımından ikinci yeri musiqi ilə bağlı kanallar tutub və onların payı 19% təşkil edib. Daha çox "BTS", "BlackPink", "Lil Nas X", "Ariana Grande" və "Twice", rus dilində isə "Morqenştern" və "İnstasamki"nin mahnıları axtarılıb. Ən populyar mahnılar arasında CKay-in "Love Nwantiti" və "LISA"nın iki yeni mahnısı yer alıb.
Sorğuların 12%-i Filmlər, cizgi filmləri və teleşouların payına düşüb. Daha tez-tez axtarılan cizgi filmləri “Donuz Peppa” (Свинка Пеппа), “Luntik” (Лунтик), “Barboskinlər (Барбоскины) və “Xanım Böcək və Super Pişik” (Леди Баг и Супер-Кот) olub, filmlərdə isə “Venom 2” və “Hörümçək adam: evə yol yoxdur” filmləri digərlərini üstələyib. Teleşoular kateqoriyasında ən geniş yayılmış rusdilli sorğular isə “Daha sonra nə olub” (Что было дальше) və “Qızlar, 6-cı sezon” (Пацанки, 6 сезон) siyahının ən başında dayanıb.
"Kaspersky"nin Azərbaycandakı nümayəndəsi Müşviq Məmmədov bildirib ki, internet və cihazlar dünya üzrə uşaqların həyatında getdikcə daha mühüm rol oynayır və Azərbaycan da bu baxımdan istisna deyil:
"Valideynlər bu mövzunu görməzdən gəlməli deyillər, uşağın məşğuliyyətləri ilə aktiv şəkildə maraqlanmalı, onlara rəqəmsal mühitdə davranış qaydaları barədə danışmalıdırlar. Bunun üçün onlayn vaxtı birgə keçirmək lazımdır: məsələn, hətta əgər uşaq ancaq kompyuter oyunları ilə maraqlanırsa, bu haqda çox bilmək, blogerlərin bu haqda nə danışdığını müzakirə etmək və ya Minecraft-da nəyisə birgə hazırlamağı yoxlamaq lazımdır".
Uşaqların onlayn həyatını təhlükəsizləşdirmək üçün "Kaspersky" valideynlərə tövsiyə edir:
• uşaqların internetdə davranışı üçün dəqiq qaydalar müəyyən edin və onların nəyə lazm olduğunu başa salın (bu cür qaydaları uşağın yaşına uyğun olaraq nəzərdən keçirmək lazımdır);
• bir yerdə yeni şeylər öyrənin, uşaqların şəbəkədəki davranışını müşahidə edin və onların təhlükəsizliyini necə təmin etmək barədə düşünün;
• lazım gəldikdə valideyn nəzarəti üçün tətbiqlərdən istifadə edin, amma onları yükləməzdən öncə uşağa onun necə işlədiyini və onu qorumağa necə kömək etdiyini izah edin.
"Kaspersky Safe Kids" həlli valideynlərə uşaqlarının internetdəki təhlükəsizliyini təmin etməyə kömək edir. O, bütün tanınmış platformalara uyğundur: Windows, macOS, Android və iOS. Məhsulun köməyi ilə valideynlər uşaqlarının internetdə nə qədər zaman keçirdiyi, hansı saytları ziyarət etdiyi və sosial şəbəkə səhifələrində hansı paylaşımları etdiyindən hər zaman xəbərdar olurlar. Bundan başqa, Kaspersky Safe Kids geolokasiya funksiyası sayəsində uşağın hazırki yerini təyin etməyə, “YouTube"da təhlükəsiz axtarış” funksiyası isə bu məşhur saytın orijinal imkanlarına əlavələr edərək uşağı şübhəli video məzmundan uzaq tutmağa imkan verir.
Qeyd edək ki, uşaqlarn Android əməliyyat sistemli cihazlardakı tətbiqlərdə keçirdiyi saatların sayı barədə "Kaspersky Safe Kids"in anonim araşdırmasında 100% göstərici kimi uşaqların on ən tanınmış tətbiqdə keçirdiyi vaxt götürülüb, faiz nisbəti isə hər bir tətbiqdə keçirilən saatların sayından asılı olub.