BAKI, 14 yanvar — Sputnik. Daxili İşlər Nazirliyi (DİN) prodüser Tarix Əliyev (Tolik) canlı yayımda müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları (MAXE) təhqir etməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
DİN-in Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, adıçəkilən şəxs elə özü ilə bağlı tədbir görüb: "O sosial şəbəkə hesablarında aralarında yaranan mübahisəyə aydınlıq gətirib".
Qeyd edək ki, məsələ ilə bağlı prodüser “Facebook” sosial şəbəkə hesabında açıqlamasını paylaşıb.
O aparıcısı olduğu verilişdə səsləndirdiyi fikirləri belə əsaslandırıb: “Əslində bu haqda açıqlama vermək də istəmirdim, amma görürəm ki, bəzi səhifə işlədənlər və o videonu görənlər bildi-bilmədi fikir bildirirlər. Nəinki mən, heç bir vətəndaşın zəfərlə nəticələnən 44 günlük müharibəmizdən sonra heç bir əsgər, zabit və MAXE-mizə pis fikir bildirməyə haqqı belə çatmaz.
“TikTok” sosial şəbəkəsində öz hərbçi dostuna məni, ailəmi və rəhmətlik atamı söydürən MAXE Rəhmanla canlı yayımda söhbətim də olub. Dəfələrlə ona verdiyim suala cavab da tapa bilmədi, hər dəfə məni niyə söydüyünü soruşdum, amma yenə də susdu, yayılmış videoya diqqətlə baxsanız, görünür ki, ona MAXE deyə müraciət edirəm və fikirlərimi əsəbi olsam da, yalnız ona bildirmişəm.
İndi isə sizə sualım var: Hansısa MAXE-nin, ya da başqa peşə sahibinin sizin ailə üzvlərinizə və ya rəhmətliklərinizə söyməyə haqqı var?”.