BAKI, 14 yanvar — Sputnik. Bu il "Bakı Metropoliteni" QSC daha 4 yeni qatar və yaxud 20 yeni vaqon alacaq.
Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə qurumun hesabatında qeyd olunub. Məlumata bildirilib ki, yeni qatarlar (vaqonlar) əvvəlki illərdə olduğu kimi yenə də Rusiyaya məxsus “Transmaşholdinq” SC-nə daxil olan "Metrovaqonmaş” müəssisəsinin istehsalı olacaq:
"Hazırda Bakı metrosunda həmin müəssisəyə məxsus 19 qatar (95 vaqon) var. Hər gün 40-46 qatarın hərəkətdə olduğunu nəzərə alaraq, bununla xətdə olan qatarların təxminən 50%-nin yenilənmiş olduğunu söyləmək mümkündür".
Xatırladaq ki, təkcə ötən ilin II yarısında 81-765B/766 B seriyalı 4 yeni qatar (20 yeni vaqon) xəttə buraxılıb.