MƏDƏNİYYƏT

Azərbaycanlı məşhur vəfat edib

"Bəyin oğurlanması", "Dəli Kür", "Həm ziyarət, həm ticarət..." və digər məşhur filmlər üzərində çalışan rejissor vəfat edib.
Sputnik
BAKI, 14 yanvar — Sputnik. Azərbaycanlı kino rejissoru Ramiz Əliyev (Ramiz Hindarxlı) Niderlandda vəfat edib.
Sputnik Azərbaycan-ın "Report"a istinadən xəbərinə görə, kinorejissor 84 yaşında uzun sürən xəstəlikdən sonra Niderlandda, Dodrext şəhər xəstəxanasında vəfat edib.
Ramiz Əliyev 15 mart 1938-ci ildə Ağcabədi rayonu Hindarx qəsəbəsində anadan olub. 1956-cı ildə "Azerbaycanfilm" də fəaliyyətə başlayan Ramiz Əliyev müxtəlif illərdə rejissor assistenti, ikinci rejissor və rejissor kimi Azərbaycan kinosuna töhfələr verib.
O, rejissor kimi "Bəyin oğurlanması", "Dəli Kür", "Həm ziyarət, həm ticarət...", "İnsan məskən salır", "İstintaq", "Qaynana", "Qızmar günəş altında", "Möcüzələr adası", "O olmasın, bu olsun", "Otel otağı", "Ölsəm, bağışla", "Şir evdən getdi", "Yenilməz batalyon" və digər 40-a qədər film üzərində çalışıb.