DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Windows 11 əməliyyat sistemində gizli xüsusiyyət varmış

Yazda əməliyyat sisteminin yenidən, böyük miqyasda yenilənəcəyi gözlənilir.
Sputnik
BAKI, 13 yanvar — Sputnik. Ən yeni "Windows 11" disket kimi köhnəlmiş məlumat daşıyıcısı ilə işləyə bilir. Bu seçim "Windows" Latest portalı tərəfindən aşkar edilib.
Microsoft-da mövcudluğuna baxmayaraq bu xüsusiyyət açıqlanmır. Əgər "Windows 10"da əməliyyat sistemi uzun illər ərzində disket oxumaq üçün qurğunun işarəsi olan A-nı standart olaraq göstərirdisə, 11-də işin məntiqi dəyişib. Dispetçer indi avtomatik olaraq "flopi" daşıyıcını təyin edə bilər - sistem oxucu qurğu vasitəsilə kompüterə qoşulmuş disketi tanıyır.
Bununla yanaşı, "Windows 11"də drayverləri fərqli şəkildə quraşdırmaq mümkündür. Bunun üçün avadanlıq istehsalçısı tərəfindən təklif olunan quraşdırıcı paketdən istifadə etmək əvəzinə, qurğu dispetçerindən istifadə edərək drayverlərin olduğu istiqaməti seçib quraşdırmaq olar.
"Windows 11" 2021-ci ilin sonunda quraşdırılma üçün əlçatan olub. Əməliyyat sisteminin növbəti nəsli yenilənmiş interfeyslə fərqlənir. Yazda əməliyyat sisteminin yenidən, böyük miqyasda yenilənəcəyi gözlənilir.