SƏHİYYƏ

Səhərçağı kartof suyu: mədəyə və dəriyə faydası - VİDEO

Kartof suyunun dadını xoşlamayanlar limon suyu və ya bal qarışdırıb içə bilərlər.
Sputnik
BAKI, 13 yanvar — Sputnik. Kartof yay-qış demədən hər birimizin mətbəxdə istifadə etdiyi, fərqli yeməklərin əsas elementi olan, bişirilməsi və yeyilməsi asan tərəvəzdir.
Son dövrdə kartof suyunun içilməsi də xalq təbabətində geniş yayılmış üsullardan biridir. Bəs kartof suyunun nələrə faydalı olduğunu bilirsinizmi? Sputnik Azərbaycan həmin faydaları təqdim edir.
Kartof suyu qastrit, mədə və ürək xəstəliyi kimi müxtəlif xəstəliklərə fayda verir.
Kartof suyu orqanizmin hər bölgəsində qan dövranının yaxşılaşmasına yardım edir. Xüsusilə səhər ac qarına içilən kartof suyu həzm sisteminin sağlıqlı işləməsinə, qəbizlik, ishal, şişkinlik, mədə qıcqırması və həzmsizlik kimi problemlərə qarşı müalicəedici təsir göstərir.
Səhərlər ac qarına içilən kartof suyunun bədəndən bütün zərərli toksinləri atdığına dair araşdırma nəticələri var.
Kartof suyu qaraciyərin və öd kisəsinin təmizləməsini təmin edərək daş yaranmasına da əngəl olur.
Kartof suyu bol orqanik turşu, mineral, ferment tərkiblidir. Qəbizlik, ishal, şişkinlik, mədə göynəməsi və həzmsizlik kimi problemlərə qarşı effektlidir. Səhərlər içilən kartof suyunun reflüks xəstəliyinə də faydalı olduğu deyilir.
Kartof suyu tərkibinə görə bağırsaq xərçənginə qarşı qoruyucu və bağırsaq xərçəngi xəstələrində dəstəkləyici bir tərəvəzdir. Fol turşusu və dəmir baxımından zəngindir. Bu qida dəyərləri də qırmızı qan hüceyrələrinin hazırlanmasında böyük rol oynayır. Yəni kartof suyu qansızlıq və anemiya riskini azaldır.
Kartof suyunun içindəki asit mədənin PH səviyyəsini tənzimlədiyindən mədədəki turşuluğun artmasını azaldır. Mədə turşuluğu ilə yanaşı mədə sancısı çəkənlərə də kartof suyu içmək tövsiyə edilir. Bununla mədə xərçəngi, qastrit, kolik kimi mədə problemlərinin riski də azalmış olur.
Bundan başqa, kartof suyunun tərkibindəki zəngin üzvi birləşmələr revmatizm, oynaq problemlərinə də yardım edir. Bel, ürək ağrılarında effektli fayda yaradan kartof suyu gut xəstəliyinə qarşı təsirlidir. Kartof suyu bədənin hər bölgəsində həzmin tənzimlənməsinə yardımçı olur. Buna görə səhərlər ac qarına içilməsi məsləhətdir. Yaxşı bir potasium qaynağı olduğundan yüksək təzyiqli insanlarda pozitiv nəticələrə səbəb olur. Yetərli potasium qəbulu həm də ürək xəstəlikləri riskinin azalmasına da yardım edir.
Kartof suyu təmizləyici keyfiyyətə də malikdir. Bu özəlliyi ilə qaraciyər və öd kisəsində problemi olanlar üçün təbii dərman sayılır. Buna görə səhərlər ac qarına 150 qrama qədər kartof suyu içmək məsləhətdir. Bu yolla sidik yolunda daşı olanlar da təsirini görmüş olurlar. Yaranmış daşların təmizlənməsinə yardımçı olmaqla yanaşı həm də daş yaranması riskini də azaldır.
Kartofun dəri üzərindəki effektini hər kəs bilir. Gözaltı qaralar, yaralar və şişkinliklərə qarşı kartof həmişə bir həll yolu kimi görülüb. Ekzema, dəri ləkələri, quru və qaşıntılı dəri üçün kartof suyunun möcüzəvi təsiri var. Kartof suyu həm də saç köklərini bəsləyir, daha gur və sağlam saçlara qovuşdurur. Bunun üçün kartof suyunu yumurta ağı və balla qarışdırıb saçlara sürtün və yarım saat sonra saçlarınızı şampunla yuyun.
Kartof suyunun dadını xoşlamayanlar kartof suyuna limon, ya bal qarışdırıb içə bilərlər. Balla qarışdırıb içmək qida zəhərlənməsinə qarşı da effektlidir.
Kartof suyunun istifadə qaydaları:
Kartofu soyub doğrayın, yuyun və şirə çəkən maşında çəkin. İki həftə səhər və axşam ac qarına yeməkdən yarım saat əvvəl 150 qr kartof suyu için. Sonra iki həftə ara verin və yenə iki həftə eyni şəkildə için.