DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

“Qafqaz Albaniyası və albanlar” - bu dəfə ingiliscə

Albanşünas tarixçi-alim Fəridə Məmmədova hələ sovetlər dönəmində ilk dəfə Qafqaz Albaniyasında feodal münasibətlərinin genezisi problemini tədqiq edib.
Sputnik
BAKI, 13 yanvar - Sputnik. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən albanşünas tarixçi alim Fəridə Məmmədovanın “Qafqaz Albaniyası və albanlar” kitabı ingilis dilinə tərcümə edilərək nəşr edilib. Sputnik Azərbaycan xəbər verir ki, kitabın çapı Multikulturalizm Mərkəzinin əsas fəaliyyət istiqamətlərindən olan "Qafqaz Albaniyasını öyrənirik" layihəsi çərçivəsində həyata keçirilib.
Qeyd etmək lazımdır ki, albanşünas tarixçi-alim Fəridə Məmmədova hələ sovetlər dönəmində ilk dəfə Qafqaz Albaniyasında feodal münasibətlərinin genezisi problemini tədqiq edib.
Məmmədova tarixşünaslıqda uzun müddət hakim olmuş I–VII əsrlərdə Albaniyada ibtidai-icma quruluşunun mövcudluğu fikrinin yalan olduğunu sübut edərək, burada feodal münasibətlərin yaranması və inkişafını elmi şəkildə əsaslandırıb.
O, Moisey Kalankatuyskinin alban mənşəli olmasını və ilk dəfə alban hüquqi abidəsini tədqiq edib. F.Məmmədova Alban dövlətinin e.ə. IV - b.e. VII əsrlərinə aid sərhədlərini müəyyən edib, Albaniyada xristianlığın yayılması və alban kilsəsinin yaranması tarixini tədqiq edərək, Ermənistan dövlətinin bu ərazidə deyil, kiçik Asiyada mövcud olmasını sübut edib.
Kitabın baş redaktoru Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilər Şurasının sədri, akademik Kamal Abdulla, elmi redaktoru AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı Ülviyyə Hacıyeva, layihə rəhbəri Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənovdur. AZƏRTAC
Həmçinin oxuyun:
Qarabağ xanlığının vergi sistemi - Bu "xüms" o xümsdən deyilmiş
Balakəndə min illik tarix üzə çıxdı: Qafqaz Albaniyasının daha bir izi
Qarabağın alban-qıpçaq tarixinə dair kitab nəşr olunub
Tarix İnstitutunun direktoru erməni akademikə cavab verib