RUSİYA

Yekaterinburqda 151 məktəb mina təhlükəsinə görə təxliyə olunub

Bu barədə bazar ertəsindən etibarən məlumat daxil olmağa başlasa da, indiyə kimi polislər axtarış nəticəsində təhlükəli qurğu aşkarlamayıblar.
Sputnik
BAKI, 12 yanvar — Sputnik. Rusiyanın Yekaterinburq şəhərində mina təhlükəsi səbəbindən şagirdləri təxliyə olunan məktəblərin sayı 151-ə çatıb. Bu barədə RİA Novosti-yə yerli təhsil departamentindən məlumat verilib.
Bir qədər bundan əvvəl 93 məktəbin təxliyə olunduğu bildirilmişdi. Mina təhlükəsi ilə bağlı bazar ertəsindən etibarən məlumat daxil olmağa başlasa da, indiyə kimi polislər axtarış nəticəsində təhlükəli qurğu aşkarlamayıblar.
Qeyd edək ki, Rusiyanın müxtəlif şəhərlərində "minalanma" ilə bağlı xəbər dalğası hələ 2019-cu ilin sonlarından yayılmağa başlayıb. Dəfələrlə məhkəmə binaları, ticarət mərkəzləri, metro stansiyaları, aviasiya və dəmiryolu infrastrukturu, məktəb və xəstəxanaların minalandığına dair məlumat daxil olsa da, bu xəbərlərin heç biri təsdiqini tapmayıb. Federal Təhlükəsizlik Xidmətindən verilən məlumata görə, terrorçular kütləvi post göndərişləri üçün xarici xidmətlərdən istifadə edirlər.
O vaxtdan vəziyyət periodik şəkildə təkrarlanır. Belə ki, bu il yanvarın 11-də paytaxtdakı 13 məhkəmə binasında da "partlayıcı qurğuların" olması barədə məktub daxil olub.