MƏDƏNİYYƏT

Suğra Bağırzadə "Da Vinçi" medalı ilə təltif olunub - FOTO

Suğra Bağırzadənin əsərləri Azərbaycanda, Latviyada, Rusiyada, Fransada, digər ölkələrdə sərgilənib.
Sputnik
BAKI, 12 yanvar — Sputnik. Azərbaycan aktrisası, rəssamı, Əməkdar artist Suğra Bağırzadə BMT-nin İctimai Mükafatlar Şurası (UNCOPA) tərəfindən dünya mədəniyyətinə xidmətlərinə görə "Leonardo Da Vinçi" medalı ilə təltif olunub.
Bu barədə Sputnik Azərbaycan-a "Azərbaycanfilm" Kinostudiyası İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Lətif Lətifsoy məlumat verib.
Suğra Bağırzadənin medalı
Xatırladaq ki, "Floristika" İncəsənətə Dəstək İctimai Birliyinin yaradıcısı olan Suğra xanım Bağırzadə bundan əvvəl də mədəniyyət və incəsənət sahəsinə verdiyi töhfələrə görə "Tərəqqi" medalı, həmçinin bir çox beynəlxalq mükafatlarla təltif olunmuşdu.
Məlumat üçün bildirək ki, daim gözəl və gənc qalan istedadlı aktrisamız "Ulduz" (Yetər), "Alma almaya bənzər" (telefonçu qız), "Güllələnmə təxirə salınır!" (Nərgiz) kimi filmlərdə unudulmaz obrazlar yaradıb.
Suğra Bağırzadənin əsərləri Azərbaycanda, Latviyada, Rusiyada, Fransada, digər ölkələrdə sərgilənib.
"Leonardo Da Vinçi" medalı Avropa Təbiət Elmləri Akademiyası tərəfindən 2009-cu ildə təsis edilib.