BAKI, 11 yanvar — Sputnik. “Dakar” rallisində yük avtomobilləri sinfində “Kamaz-master” komandası yenə rəqib tanımadı.
Sputnik Azərbaycan xəbər verir ki, Səudiyyə Ərəbistanında məşhur “Dakar” ralli-reydinin səkkizinci mərhələsi başa çatıb.
“Dakar”ın səkkizinci mərhələsində yük maşınları sinfində bütün medalları Rusiyanın “KAMAZ-master” komandasının nümayəndələri qazanıblar.
Beləliklə, yarışın birincisi Dmitri Sotnikovun rəhbərlik etdiyi heyət olub. İkinci yeri Andrey Karginovun, üçüncü yeri isə Eduard Nikolayevin heyəti qazanıb. Yeri gəlmişkən, dördüncü yeri də Anton Şibalovun idarə etdiyi “KAMAZ” tutub. Ümumi sıralamada Sotnikovun komandası liderdir.
Hər il keçirilən "Dakar" ralli-reydi (uzun illər "Ralli Paris - Dakar" kimi tanınıb) 1979 ildən başlayaraq gerçəkləşdirilir.
2009-cu ildən 2019-cu ilə kimi ralli Cənubi Amerikada keçirilib. 2009-dan isə Seneqalın paytaxtı Dakarda başlayıb. 2020-ci ildən rallinin marşrutu Asiyada, Səudiyyə Ərəbistanı ərazisindən keçir.
Hazırda yarış beş sinif üzrə keçirilir: minik avtomobilləri, motosikletlər, kvadrosikllər, “Side-by-side” (UTV) moto-vezdexodları (UTV) və yük maşınları.
Qeyd edək ki, müxtəlif siniflər üzrə marşrutlar üst-üstə düşməyə bilər.