BAKI, 12 yanvar — Sputnik. Amerika lideri Co Bayden yenidən səhv edərək ABŞ-ın vitse-prezidenti Kamala Harrisi dövlət başçısı adlandırıb. Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, hadisə çərşənbə axşamı Baydenin Atlanta Universitet Mərkəzində çıxışı zamanı baş verib.
"Ötən həftə prezident Harris və mən ABŞ Konqres Binasında tariximizin iki yerə - "əvvəl və sonra"ya bölən məqamlardan birini müzakirə edirdik (söhbət 6 yanvar 2021-ci ildə Ağ Ev binasının etirazçılar tərəfindən zəbt edilməsindən gedir – Red.)", - deyə Bayden qeyd edib.
Artıq üçüncü dəfədir ki, ABŞ prezidenti Kamala Harrislə bağlı oxşar səhvə yol verir.
Xatırladaq ki, o, həmçinin Rusiya lideri Vladimir Putinin də soyadını düzgün söyləməyib, "peyvənd" və "eskalasiya" sözlərini, Suriyanı Liviya ilə, İraqı isə İranla qarışdırıb.