HADİSƏ

XI sinif şagirdləri polis nəzarətində: biri ölümlə çarpışır

Bakıda polis əməkdaşları XI sinif şagirdinin həyatını qurtarmaq üçün xəstəxanada qan veriblər.
Sputnik
BAKI, 11 yanvar — Sputnik. Bakının Səbail rayonu ərazisində 17 və 18 yaşlı gənclər arasında bıçaqlanma ilə nəticələnən mübahisədə 17 yaşlı Cəmil Həsənov xəsarət alıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev Sputnik Azərbaycan-a bildirib ki, kəskin qan itirmədən ağırlaşan C.Həsənova xəstəxanada polis əməkdaşları tərəfindən qan verilməklə onun həyatı xilas edilib.
Fakt üzrə Səbail Rayon Polis İdarəsində cinayət işi başlayıb, istintaq hərəkətləri aparılır.
C.Həsənova bədən xəsarəti yetirməkdə şübhəli bilinən 2004-cü il təvəllüdlü Nihad Fərhadov şübhəli şəxs qismində saxlanılaraq istintaqa cəlb edilib.
Xatırladaq ki, hər iki şəxs Bakı şəhəri 162 nömrəli tam orta məktəbinin 11a sinif şagirdləridir.
Hadisə ötən gün baş verib. 162 nömrəli tam orta məktəbin 11a sinif şagirdi yanvarın 10-da günorta saatlarında məktəbdən kənar ərazidə bıçaqlanıb. Hadisə dərsdən sonra baş verib. Şagirdin sinif yoldaşı tərəfindən bıçaqlandığı hüquq-mühafizə orqanları tərəfindən aşkarlanıb.