RUSİYA

Rusiyaya Ukrayna və Gürcüstanın NATO-ya üzv olmayacağına dair zəmanət lazımdır - Ryabkov

Xatırladaq ki, bu gün Rusiya və Amerika Birləşmiş Ştatlarının Cenevrədə səkkiz saat davam edən təhlükəsizlik zəmanəti ilə bağlı danışıqları başa çatıb.
Sputnik
BAKI, 10 yanvar - Sputnik. Rusiyaya Ukrayna və Gürcüstanın heç vaxt NATO-ya üzv olmayacaqları ilə bağlı "dəmir-beton" zəmanət lazımdır. Sputnik Azərbaycan RİA-Novosti-yə istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bazar ertəsi Cenevrədə ABŞ nümayəndələri ilə təhlükəsizlik təminatlarına dair görüşdən sonrajurnalistlərə bildirib.
"Bizim üçün Ukraynanın heç vaxt NATO üzvü olmamasına əmin olmaq mütləq vacibdir. İstərdik ki, NATO-nun 2008-ci ildə Buxarest sammitində qəbul edilmiş formul Madriddə keçirilən sammitdə geri götürülsün və aşağıdakılarla əvəz edilsin: "Ukrayna və Gürcüstan heç vaxt Şimali Atlantika Alyansının üzvü olmayacaq”, - Ryabkov jurnalistlərə bildirib.

“Biz boş söhbətlərdən, yarımçıq vədlərdən, bağlı qapılar arxasında aparılan danışıqlarda tez-tezbaş verən yanlış şərhlərdən bezmişik, qarşı tərəfə etimadımız yoxdur. Bizə vədlər yox, dəmir-beton, hüquqi əhəmiyyətli təminatlar lazımdır, heç vaxt NATO üzvü “olmalıdır” sözləri iifadə olunan zəmanətlər lazımdır. Bu, Rusiyanın milli təhlükəsizlik məsələsidir”, - deyə o vurğulayıb.

Xatırladaq ki, bu gün Rusiya və Amerika Birləşmiş Ştatlarının Cenevrədə səkkiz saat davam edən təhlükəsizlik zəmanəti ilə bağlı danışıqları başa çatıb.
Qeyd edək ki, görüşdə Rusiya nümayəndə heyətinə xarici işlər nazirinin müavini Sergey Ryabkov və müdafiə nazirinin müavini Aleksandr Fomin, Amerika tərəfinə isə dövlət katibinin müavini Vendi Şerman rəhbərlik edir.
Həmçinin oxuyun:
NATO-nun genişlənməməsində irəliləyiş olmasa, digər aspektlər sual altında olacaq - RF XİN
Rusiya və ABŞ-ın danışıqları başa çatıb