RUSİYA

NATO-nun genişlənməməsində irəliləyiş olmasa, digər aspektlər sual altında olacaq - RF XİN

Ryabkov bildirib ki, Rusiya Federasiyası Amerika tərəfinin rəsmi Moskva üçün təhlükəsizlik təminatı ilə bağlı əsas məsələləri RF-i qane edəcək şəkildə həll etməyə hazır olduğunu görmür.
Sputnik
BAKI, 10 yanvar - Sputnik. Rusiyanın Ukraynaya “hücum etmək” niyyəti yoxdur. Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov Cenevrədə ABŞ nümayəndələri ilə təhlükəsizlik təminatlarına dair görüşdən sonra deyib.

“Biz amerikalı həmkarlarımıza izah etdik ki, “Ukraynaya” hücum etmək planımız, niyyətimiz yoxdur və qüvvələrin döyüş hazırlığı üçün bütün tədbirlər bizim milli ərazimiz daxilində həyata keçirilir”, - Ryabkov bildirib.

Onun sözlərinə görə, hər hansı eskalasiya ssenarisindən qorxmağa əsas yoxdur.
Lakin Sergey Ryabkov ümid edir ki, Kiyev Donbassda razılaşdırılmış atəşkəsə əməl edəcək:
“Mən Kiyev hakimiyyətinin Yeni ildən bir neçə gün əvvəl bağlanmış atəşkəs razılaşmasına hörmətlə yanaşmasını və onu qoruyub saxlamasını gözləyirəm”, - deyə Rusiya XİN təmsilçisi vurğulayıb.
Daha sonra Ryabkov bildirib ki, Rusiya Federasiyası Amerika tərəfinin rəsmi Moskva üçün təhlükəsizlik təminatı ilə bağlı əsas məsələləri RF-i qane edəcək şəkildə həll etməyə hazır olduğunu görmür.
"Əsas suallar açıq qalıb və biz Amerika tərəfinin onların həllinin imperativliyini bizə uyğun gələn şəkildə başa düşdüyünü görmürük", - deyə Ryabkov jurnalistlərə bildirib.
Rusiya xarici işlər naziri müavininin sözlərinə görə, NATO-nun genişlənməməsi və Rusiya yaxınlığında raketlərin yerləşdirilməməsi mövzusunda irəliləyiş olmasa, təhlükəsizlik zəmanətlərinin digər aspektləri üzərində ABŞ-la iş sual altında olacaq.
“Biz açıq şəkildə bildirdik ki, bu üç əsas məsələdə (NATO-nun genişləndirilməsi, raketlərin yerləşdirilməməsi, NATO-ya daxil olmuş dövlətlərin ərazilərinin maddi nemətlərinin mənimsənilməsi – red.) irəliləyiş olmadan, bütün digər aspektlər nə qədər vacib olsa da, bu istiqamətdə iş aparılması sual altında olacaq”, - deyə Ryabkov vurğulayıb.
Lakin Sergey Ryabkov ABŞ-la təhlükəsizliyə dair Cenevrədəki danışıqlarda vəziyyəti tam ümidsiz hesab etmədiyini dilə gətirib:

"Vəziyyətin ümidsiz olduğunu düşünmürəm. Hesab edirəm ki, Cenevrədə aparılan danışıqların faydası ondan ibarətdir ki, biz ilk dəfə olaraq əvvəllər görünməyən, lakin mövcud olan məsələlər haqqında danışa bildik. Hamı başa düşürdü ki, onlar var, amma hamı özünü elə aparırdı ki, onlar dilə gətirilməsə, daha yaxşıdır”, - Ryabkov jurnalistlərə bildirib.

"İndi hər şey öz adları ilə çağırılır və bu, bizim Qərblə münasibətlərimizə sağlamlaşdırıcı təsir göstərir", - deyə nazir müavini vurğulayıb.
Daha sonra Sergey Ryabkov bildirib ki, təhlükəsizlik zəmanətləri üzrə növbəti görüş razilaşma olduğu təqirdə, qisa müddətdə keçirilə bilər.
Həmçinin oxuyun:
Rusiya və ABŞ-ın danışıqları başa çatıb