BAKI, 10 yanvar — Sputnik.Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiya diplomatiyasının 2021-ci il üzrə yekunlarına dair mətbuat konfransı keçirəcək. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə bazar ertəsi günü Rusiya XİN-in yaydığı məlumatda qeyd olunur.
"Yanvarın 14-də Rusiya XİN-in mətbuat mərkəzində Rusiya xarici işlər naziri S. V. Lavrovun Rusiya diplomatiyasının 2021-ci il üzrə yekunlarına dair mətbuat konfransı (qarışıq formatda) keçirəcək", – deyə məlumatda bildirilir.
Rusiya XİN rəhbəri mətbuat nümayəndələrinin suallarına cavab verəcək.
Qeyd edək ki, nazir keçən il 2020-ci ilin ilkin nəticələrinə yekun vuraraq bildirmişdi, baş verənlər qlobal kataklizmlərə qarşı yalnız birləşərək və fikir ayrılıqları üzərində qələbə qazanaraq qalib gəlməyin mümkün olduğunu sübut edir.