BAKI, 10 yanvar — Sputnik. Ekspertlər belə bir fikirdə yekdildirlər ki, siyasi islahatlar və aşkarlıq illərində Çinin maliyyə sistemi nəinki öz inkişafında əhəmiyyətli irəliləyiş əldə etməyə imkan verib, həm də ÇXR-in sürətli iqtisadi artımını dəstəkləmək üçün kifayət qədər yaxşı uyğunlaşa bilib.
ÇXR-in maliyyə sahəsində və onun ətrafında müxtəlif müsbət və mənfi hadisələr baş verir. Buna görə də Çinin maliyyə transformasiyası bütün dünyada analitiklərin, bazarların və investorların diqqət mərkəzindədir. Çinin maliyyə sistemi fenomenini diqqətlə öyrənənlər arasında Azərbaycan mütəxəssisləri də istisna deyil.
Yanvarın 13-də saat 15:00-da Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində iqtisad elmləri doktoru, Rusiyanın UNEC İqtisad Məktəbinin direktor müavini Elşad Məmmədov və UNEC "Beynəlxalq İqtisadiyyat" kafedrasının müəllimi Aslan Əzimzadənin birgə işi olan "Çinin maliyyə sistemi: qabaqlayıcı iqtisadi inkişafın stimullaşdırılması" kitabının təqdimatı keçiriləcək. Kitabda Çinin maliyyə sahəsində inkişaf meylləri təhlil edilib, bu tendensiyaların Çin iqtisadiyyatının inkişafına təsiri qiymətləndirilib.
Spikerlərə suallarınızı i.velizade@sputniknews.com elektron ünvanına göndərə bilərsiniz.
Tədbir Sputnik Azərbaycan-ın "Facebook" səhifəsində canlı yayımlanacaq.
https://www.facebook.com/SputnikAze/
Əlaqə:
Telefonlar: 404-13-84/85
Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzinin ünvanı: Mətbuat pr., məh.529, bina 23, mərt.4.