HADİSƏ

Xaçmaz sakini güllələnib

Xaçmaz sakinini ov tüfəngi ilə qarnından yaralayıblar.
Sputnik
BAKI, 9 yanvar - Sputnik. Xaçmazda 35 yaşlı kişi güllələnib. Hadisə rayonun Köhnə Xaçmaz kəndində baş verib.
Sputnik Azərbaycan-ın verdiyi məlumata görə, hadisə gecə saatlarında Köhnə Xaçmaz kəndində qeydə alınıb. Kənd sakini, 35 yaşlı Cavid Rəhim oğlu Mahmudov ov tüfəngindən açılan atəş nəticəsində qarın nahiyəsindən ağır xəsarət alıb.
Onun həmkəndlisi Nail Kərim oğlu Mayılov tərəfindən vurulduğu deyilir. Onların arasında münaqişə olduğu bildirilir.
Yaralı Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, cərahiyyə bulokuna yerləşdirilərək tibbi yardım göstərilib.
Faktla bağlı araşdırma aparılır.