HADİSƏ

Vətən müharibəsi iştirakçısı Bakıda ölü halda tapıldı - FOTO

Vətən müharibəsi iştirakçısı Bakı şəhərində fəhləliklə məşğul imiş.
Sputnik
BAKI, 8 yanvar — Sputnik. Vətən müharibəsinin iştirakçısı dəm qazından boğulub. Sputnik Azərbaycan xəbər verir ki, Zaqatala rayonu, Əliabad qəsəbə sakini Məhərrəm Muxtarov Bakı şəhərində kirayədə qaldığı evdə dəm qazından zəhərlənərək vəfat edib.
Qeyd edək ki, M.Muxtarov 44 günlük Vətən müharibəsinin iştirakçısı olub. O, müharibədən qayıtdıqdan sonra Bakı şəhərində fəhləliklə məşğul olurdu.
Allah rəhmət eləsin!