BAKI, 8 yanvar — Sputnik. "Koronavirusun "Omikron" ştammının əlamətləri xəstələrin 75 faizində adi soyuqdəymə ilə eynidir".
Sputnik Azərbaycan xarici KİV-ə istinadən xəbər verir ki, bunu London Kral Kollecinin əməkdaşı, koronavirusun əlamətlərinə dair "ZOE Covid Study" mobil tətbiqinin müəlliflərindən biri Kleir Stivs bildirib.
Eyni zamanda, ekspertin fikrincə, boğaz ağrısı, başağrısı, zökəm də əlamətlərin siyahısına əlavə edilməlidir: "COVID-19-a yeni yoluxma hallarının 75 faizində əlamətlərin soyuqdəymə ilə bənzərliyi, klassik əlamətlərə isə az təsadüf edilməsi o deməkdir ki, hökumətin tövsiyələri təcili yenilənməlidir".
Qeyd edək ki, koronavirusun yeni B.1.1.529 ştammı 2021-ci il noyabrın 20-də Botsvana və Cənubi Afrikada aşkar edilib. Bu ştamın tərkibindəki patogenin hüceyrələrə yoluxması üçün tələb olunan S-zülalında onlarla mutasiya mövcuddur.
Güman olunur ki, B.1.1.529 ilkin olaraq, immuniteti zəif olan, məsələn, İİV-ə yoluxmuş insanlarda ortaya çıxıb.
Eləcə də oxuyun: