BAKI, 8 yanvar — Sputnik. Azərbaycan ərazisində bazar günü, yanvarın 9-da gözlənilən hava şəraiti haqda proqnoz açıqlanıb.
Sputnik Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin məlumatına istinadən bildirir ki, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, yağmursuz keçəcəyi gözlənilir. Lakin gecəyə doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var.
Mülayim şimal-qərb küləyi mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 4-6°, gündüz 8-10°, Bakıda gecə 4-6°, gündüz 8-10° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunundan 765 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq.
Tibbi-meteoroloji proqnoz: yanvarın 9-da Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Azərbaycanın rayonlarında yağmursuz, lakin gecəyə doğru bəzi yerlərdə yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 7-11° isti, dağlarda gecə 2-7° şaxta, gündüz 2-7° isti olacaq.
Faktiki hava
Yanvarın 8-nə olan məlumata görə, səhər saatlarından başlayaraq Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi arabir 20 m/s-dək güclənib, Altıağacda 23 m/s qeydə alınıb.
Neft Daşları stansiyasının məlumatına görə, dalğanın hündürlüyü 2.6 metrdir.
Gün ərzində küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında arabir 23-28 m/s, yarımadanın bəzi yerlərində arabir 30 m/s-dək güclənəcəyi, gecəyə doğru isə tədricən 18-20 m/s olacaq.
Küləkli hava şəraiti ilə əlaqədar əhalinin ehtiyatlı olması tövsiyə olunur. Yanvarın 9-dan 10-na keçən gecə 8-13 m/s-dək mülayimləşəcək. Yanvarın 08-dən 09-na keçən gecə 8-13 m/s-dək mülayimləşəcək. Gündüz cənub-qərb küləyi əsəcək.