BAKI, 8 yanvar - Sputnik. Paytaxtda heyvan kəsimi məntəqələrində ətin qiymətinin qaldırıldığı barədə iddialar var.
Sputnik Azərbaycan bildirir ki, Baku TV bununla bağlı reportaj hazırlayıb.
Bakıda, kəsim məntəqəsində işləyənlər qiymətdə 0.50-1 AZN fərq olduğunu deyiblər. Maşınlarda gətirilən ətin isə kiloqramının hətta 17-18 manata qalxdığı deyilir. Həmçinin indi əvvələ nisbətən sakinlərin daha az ət aldıqları qeyd olunur.
Ət satışı ilə məşğul olan şəxs isə qiyməti əsasən rayonlarda qaldırdıqlarını, bunun da yem qiymətinin artımı ilə bağlı olduğunu deyib.
Ət qiymətimdə artıma səbəb kimi yanvarın 1-dən etibarən heyvan kəsimi məntəqələrində baytarlıq sənədlərinin verilməsi üçün dövlət rüsumunun artırıldığı barədə iddialar irəli sürülür. AQTA-nın şöbə müdiri Qalib Əbdüləliyev isə bildirib ki, rüsumlarda, demək olar ki, dəyişiklik yoxdur.