HADİSƏ

Bakıda polis əməkdaşı həlak olub

Hadisə bu gün günorta saatlarında AZTV-də baş verib.
Sputnik
BAKI, 8 yanvar - Sputnik. Bakıda polis əməkdaşı həlak olub.
Sputnik Azərbayan Report-a istinadən bildirir ki, hadisə bu gün günorta saatlarında “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-də baş verib.
Belə ki, QSC-nin Mühafizə Şöbəsinin əməkdaşı, polis kiçik serjantı Yasin İnqilabzadənin xidmət zamanı ona təhkim olunmuş silahla ehtiyatsız davranması nəticəsində atəş açılıb. Nəticədə Y.İnqilabzadə yerindəcə dünyasını dəyişib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti “Report”a faktı təsdiqləyib. Faktla bağlı araşdırma aparılır.
Xatırladaq ki, ötən ilin dekabrında Bakıda daha bir polis əməkdaşı qəza qurbanı olmuşdu. 1993-cü il təvəllüdlü Nuriyev Əli Rafael oğlu idarə etdiyi “KİA” markalı avtomobillə Lökbatan-Xocəsən yolunda “MAN” markalı yük avtomobilinə çırpılmış, minik avtomobilinin sürücüsü ölmüşdü.
Ölən şəxs Qaradağ Rayon Polis İdarəsinin Əlahiddə Çevik Polis Alayının serjantı idi. O, işdən çıxaraq evə gedirmiş.