BAKI, 7 yanvar — Sputnik. Dövlət Gömrük Komitəsi 2021-ci ildə dövlət büdcəsi qarşısında öhdəliyinə 111,3 % əməl edib.
Bunu Komitənin sədri Səfər Mehdiyev bildirib.
Onun sözlərinə görə, büdcəyə 4 milyard 340,4 milyon manat vəsait köçürülüb. Bu da nəzərdə tutulan proqnozdan 440,4 milyon manat çoxdur.
Xatırladaq ki, ötən il DGK-nın büdcə yükü 3,9 milyard manat olub. Bu il isə bu rəqəm 9,2% artırılaraq 4,26 milyard manata çatdırılıb.
Ötən ilin 11 ayında ticarət əməliyyatlarının həcmi – 30 209 256.85 min ABŞ dolları, o cümlədən, 4.1. İdxal əməliyyatlarının həmi 10 409 859.89 min ABŞ dolları, idxal olunan malların çeşidlərinin sayı – 7 352 ədəd olub.
İxrac əməliyyatları 19 799 396.96 min ABŞ dolları, bu malların çeşidlərinin sayı isə 3 264 ədəd olub.