SƏHİYYƏ

ÜST dünyada COVID-19-a yoluxma tempini açıqladı

Van Kirkhove onu da vurğulayıb ki, cari həftə ərzində yoluxma sayı daha da artacaq.
Sputnik
BAKI, 6 yanvar - Sputnik. Dünyada son həftə ərzində COVID-19 infeksiyasına yoluxma 71% artıb.
Sputnik Azərbaycan bildirir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının Fövqəladə Xəstəliklər üzrə Texniki Qrupunun rəhbəri Mariya Van Kirkhove deyib.
"Bu gecə dərc olunacaq həftəlik epidemioloji bülletendə siz qlobal səviyyədə yoluxmanın həftə ərzində 71% artdığının şahidi olacaqsınız. Bu göstəricilər regiondan asılı olaraq dəyişir. ABŞ-da 100%-lik artım var, Afrika regionunda isə bu, təxminən 7%-dir", - Kirkhove brifinqdə deyib.
Onun sözlərinə görə, ötən həftə ÜST-ə dünyada 9,5 milyon COVID-ə yoluxma faktı barədə məlumat daxil olub, ancaq real rəqəmlər daha çox ola bilər.
Van Kirkhove onu da vurğulayıb ki, cari həftə ərzində yoluxma sayı daha da artacaq, çünki son sutka ərzində ÜST-ə 2.2 milyon yoluxma faktı barədə məılumat daxil olub.