MƏDƏNİYYƏT

Türkiyədə məşhurlaşan azərbaycanlı model cəsarətli fotolar çəkdirdi

Model fotoları özünün "Instagram" hesabında paylaşıb. Şəkillərin müəllifi tanınmış fotoqraf Səlim Akardır.
Sputnik
BAKI, 6 yanvar — Sputnik. Türkiyədə məşhurlaşan azərbaycanlı model Günay Musayeva yeni fotossesiya edib. Sputnik Azərbaycan xəbər verir ki, məşhur model fotoları özünün "Instagram" hesabında paylaşıb. Yarıçılpaq obyektiv qarşısına keçən Günay "Həyatımın ən yaxşı fotolarıdır" sözlərini deyib.
Qeyd edək ki, şəkillərin müəllifi məşhur fotoqraf Səlim Akardır.
Məlumat üçün bildirək ki, Günay Musayeva "Best Model of Azerbaijan – 2010"un qalibi və "Best Model of the World – 2010"da vitse-miss olub. Müsabiqələrdə qalibiyyətlərdən sonra Türkiyəyə köçərək orada tanınmış aktyor Tolqa Karelə ərə getmişdi. Oğlu doğulandan sonra model aktyordan boşandı.
O, müxtəlif ölkələrdə dünyaca məşhur dizaynerlərin defilelərində yer alıb. O, bundan başqa, "Kurtlar Vadisi Pusu", "Ezel", "Cesur Yürek", "Mahmut İle Meryem" kimi film və seriallarda rol alıb.