BAKI, 6 yanvar — Sputnik. Bakıda süd zavodunun 3 tondan artıq dondurma məhsulu məhv edilib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
Məlumata əsasən, "AZ FP CO LTD" MMC-nin müraciəti əsasında istehlaka yararsız, istifadə müddəti bitmiş 3 adda, 3442,5 kq müxtəlif növ dondurma məhsulları tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi üçün ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində müvafiq addımlar atır.
Həmçinin oxuyun: