RUSİYA

NATO Rusiya ilə dialoqa hazırdır və Ukrayna məsələsində həmrəydir

Rusiya ilə NATO arasında Avropada hərbi təhlükəsizlik məsələləri, həmçinin risklərin azaldılması və hərbi şəffaflıqla bağlı tədbirlər müzakirə ediləcək.
Sputnik
BAKI, 5 yanvar - Sputnik. Rusiya-NATO görüşündə müzakirə ediləcək mövzular açıqlanıb. Bu barədə NATO Baş katibi Yens Stoltenberq özünün Twitter səhifəsində yazıb.
Müzakirə ediləcək mövzulara Avropada hərbi təhlükəsizlik məsələləri, həmçinin risklərin azaldılması və hərbi şəffaflıqla bağlı tədbirlər daxildir.
Ukraynada və ətrafındakı vəziyyət xüsusi olaraq müzakirəyə çıxarılacaq.
Yanvarın 1-də ABŞ dövlət katibi Entoni Blinken NATO-nun baş katibi Yens Stoltenberqlə telefon danışığında Rusiya ilə gözlənilən təmasları müzakirə edib. Məlumata görə, NATO Rusiya ilə dialoqa hazırdır və Ukrayna məsələsində həmrəydir.
Qeyd edək ki, yanvarın 12-də Cenevrədə Rusiya-NATO Şurasının iclası baş tutacaq.