İQTİSADİYYAT

Cabbarov yeni iqtisadi strategiya hədəflərini açıqladı

Mikayıl Cabbarov bildirib ki, hədəflər ölkə iqtisadiyyatının sürətli artımı üzrə göstəricilərinə uyğundur.
Sputnik
BAKI, 5 yanvar — Sputnik. "2022-2026-cı illəri əhatə edən strategiya çərçivəsində dərin şaxələnmə və ixrac potensialının tam reallaşdırılması üçün yeni "hə­rəkətverici qüvvələr"in tapılması, özəl və xarici investisiyaların payı­nın artırılması, regionların iş qüv­vəsi və bütün resurslarının iqtisadi dövriyyəyə cəlb edilməsi vasitəsilə iqtisadi aktivliyin daha da artırıl­masına nail olunacaq".
Sputnik Azərbaycan xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.
Nazir qeyd edib ki, hazırda Baş nazirin rəhbərli­yi ilə yaradılmış 10 alt işçi qrupu tərəfindən milli prioritetlər əsasın­da 2022-2026-cı illəri əhatə edən strategiyanın layihəsi hazırlanaraq təqdim olunub.
Onun sözlərinə görə, strategiya çərçivəsində iq­tisadi artım sürətinin yüksəldilməsi üçün neft gəlirlərindən asılılığın əhəmiyyətli dərəcədə azaldılmasına yönəlmiş yüksək əlavə dəyər yaradan artım modelinin formalaş­dırılması nəzərdə tutulur:
"Yeni strategiya layihəsi uğurla həyata keçirildiyi təqdirdə, 2022- 2026-cı illərdə ölkədə ÜDM-in orta illik artım tempinin 3,9 %, o cümlədən qeyri-neft sektorun­da 5 % səviyyəsində formalaş­ması, adambaşına düşən nominal ÜDM-in həcminin hazırkı dövrlə müqayisədə 1,3 dəfə artırılması təmin olunacaqdır".
Mikayıl Cabbarov bildirib ki, bu hədəflər ölkə iqtisadiyyatının sürətli artımı üzrə göstəricilərinə uyğundur: "Qeyd etməliyəm ki, növbəti ilin makroiqtisadi proqnozları və dövlət büdcəsinin parametrləri, faktiki olaraq, yeni strateji döv­rün ilk ilinə uyğun qaydada tərtib edilib.
2022-ci ildə ÜDM-in 3,9 %, qeyri-neft məhsulları üzrə 4 % artımını proqnozlaşdırırıq. Həm­çinin ayrı-ayrı sektorlarda iqtisadi artım gözləntilərimiz vardır. Kənd təsərrüfatında 4 %, qeyri-neft sənayesində 8,7 %, turizm sek­torunda 48,2 %, nəqliyyatda 4,5 %, informasiya və rabitədə 9,5 % kimi bir artım göstəricilərindən söhbət gedir".