DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

İsraildə hərbi helikopter qəzaya uğrayıb

Hadisə ölkənin şimalındakı Hayfa şəhəri sahillərində baş verib. Qəza zamanı helikopterdə üç ekipaj üzvü olub.
Sputnik
BAKI, 4 yanvar - Sputnik. İsrailin Müdafiə Qüvvələrinə məxsus “Eurocopter Panther” tipli helikopter qəzaya uğrayıb.
Məlumata görə, hadisə ölkənin şimalındakı Hayfa şəhəri sahillərində baş verib. Qəza zamanı helikopterdə üç ekipaj üzvü olub.
Hadisə yerinə çoxlu sayda axtarış-xilasetmə qrupu cəlb olunub. Axtarış-xilasetmə işləri havadan, qurudan və dənizdən davam etdirilir.
“The Times of Israel” isə bildirib ki, helikopterin heyət üzvlərindən biri tapılıb. Yaralı xəstəxanaya yerləşdirilib. Onun səhhəti açıqlanmır.
Helikopterin qəzaya uğraması səbəbi və ekipajın digər üzvləri barədə məlumat yoxdur.