BAKI, 4 yanvar — Sputnik. Ötən gün gəcə saatlarında Lənkəranda sərxoş sürücü qəza törədib.
Hadisə yerində
© Sputnik / Rahim Muradov
Bu barədə DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupunun Baş inspektoru Məhəmməd Rzayevin Sputnik Azərbaycan-ın bölgə müxbirinə bildirib.
Onun sözlərinə görə, Ləbkəran rayon sakini Yalçın Həsənov idarə etdiyi "VAZ 2121" markalı avtomobillə axşam saatlarında rayonun Sütəmurdov kəndi ərazisində idarəetməni itirərək yoldan çıxıb və kənardan keçən qaz xətini qırıb.
Nəticədə təxminən 80-nə yaxın yaşayış evinə təbii qazın verilməsində bir neçə saatlıq fasilə yaranıb.
Qəzadan sonra hadisə yerindən yayınan həmin sürücü qısa zaman ərzində Lənkəran ŞRPŞ-nin Dövlət Yol polisi bölməsinin əməkdaşları tərəfindən müəyyən edilib və idarə etdiyi avtomobillə birlikdə polis şöbəsinə gətirilib.
Müvafiq tibbi müayinədən keçdikdən sonra Y.Həsənovun sərxoş olduğu və nəqliyyat vasitəsini spirtli içki qəbul etdikdən sonra idarə etdiyi müəyyən edilib. Onun barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Lənkəran Rayon Məhkəməsinə göndərilib.
Y.Həsənovun bir neçə ay əvvəl də sərxoş vəziyyətdə nəqliyyat vasitəsi idarə etdiyi dövlət yol polisi əməkdaşları tərəfindən aşkarlanıb və həmin vaxt onun barəsində qanunamüvafiq tədbirlər görülüb.
Yalçın Həsənov
© Sputnik / Rahim Muradov