BAKI, 3 yanvar — Sputnik. Dünya birjalarında neft qiymətləri bahalaşıb.
Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,9 faiz bahalaşaraq 78,48 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,9 faiz artaraq 75,89 dollar olub.
***
Daha əvvəl verilən məlumata görə, ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2022-ci ilin mart müqaviləsinin dəyəri 0,76% artaraq 1 barelə görə 78,37 dollar təşkil edib.
Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin fevralında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 0,86% artaraq 75,86 dollar təşkil edib.
Təbii qazın qiymətinə gəldikdə isə Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti azalıb. Fevralda çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit – Britaniya istilik vahidi) görə 0,38% azalaraq 3,72 ABŞ dolları təşkil edib.