DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Səksən il əvvəl yoxa çıxmış sualtı qayıq tapılıb

1941-ci il iyulun 5-də Britaniyanın “Torbey” sualtı qayığından buraxılmış 6 torpeda ilə batırılan qayıqdan yalnız 6 dənizçi xilas ola bilib.
Sputnik
BAKI, 3 yanvar - Sputnik. İtaliyanın 80 il əvvəl yoxa çıxmış “Jantina” sualtı qayığı Egey dənizinin dibində tapılıb. Bu barədə Sputnik Azərbaycan Azərtac-a istinadən xəbər verir.
“Eskpress” məcmuəsinin məlumatına görə, “Jantina” sualtı qayığı Yunanıstanın Leros adasından göyərtəsində 48 dənizçi ilə çıxıbmış.
Lakin 1941-ci il iyulun 5-də Böyük Britaniya sualtı qayığından buraxılan torpeda ilə batırılıb.
“Jantina” Mikonos adasının cənubunda 103 metr dərinlikdə tapılıb. Sualtı qayığı İtaliya Hərbi-Dəniz Tarixi İdarəsinin qeydlərinin köməyi ilə tanımaq mümkün olub.
Suya 1932-ci ilə buraxılmış “Jantina” İspaniyada vətəndaş müharibəsində də iştirak edib.