DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Rəisi Paşinyanla danışdı: Azərbaycanla Ermənistan arasında gedən danışıqlardan məmnundur

Rəisi ilə Paşinyan Azərbaycanla Ermənistan arasında ikitərəfli münasibətləri, eləcə də sülh danışıqlarını müzakirə ediblər.
Sputnik
BAKI, 3 yanvar - Sputnik. İran Prezidenti İbrahim Rəisi Ermənistanın baş naziri Nikol Paşinyanla telefonla danışıb.
"Ümid edirik ki, Azərbaycanla Ermənistan arasında məsələlər beynəlxalq prinsiplər və hüquq çərçivəsində sülh yolu ilə həll olunacaq. Regionda sülhün, sabitlik və təhlükəsizliyin şahidi olmaq istəyirik”, - Rəisi deyib.
İranın Prezident Administrasiyasının yaydığı açıqlamada bildirilir ki, Rəisi ilə Paşinyan Azərbaycan və Ermənistan arasında ikitərəfli münasibətləri, eləcə də sülh danışıqlarını müzakirə ediblər.
Rəisi Azərbaycan və Ermənistan arasında danışıqlar prosesinin gedişindən məmnunluğunu ifadə edib. O, vurğulayıb ki, İran danışıqlar prosesini alqışlayır.
Paşinyan Azərbaycanla aparılan danışıqlar barədə məlumat verib. Tərəflər həmçinin ikitərəfli münasibətləri müzakirə ediblər.