Yeni il ərəfəsində Riqada çin fənərləri festivalı keçirilir. Ziyarətçiləri buraya Riqanın yaxınlığında yerləşən Pakruoysk malikanəsindəki rəngarəng qurğular cəlb edir. Bu festivalın mövzusu Lüis Kerrolun “Alisa möcüzələr ölkəsində” nağılında bəhrələnir.
Kadrlarda siz nağıldan tanış olan personajları, həmçinin sehrli meşə ab-havasını yaradan eksteryer elementlərini görə bilərsiniz.
Sərgi üçün hazırlanan installyasiyalar ənənəvi çin fənərlərindən nümunə götürülərək, ipəkdən əl ilə hazırlanıb. İşıqlı installyasiyalar açıq havada 15 hektar ərazidə yerləşdirilib. Tədbir 16 yanvaradək davam edəcək.