FOTO
Dünyanın ən yaddaqalan hadisələri, olay yerlərindən kadrlar, aktual fotoreportajlar Sputnik Azərbaycan-ın xüsusi süjetində

"Very Peri" 2022-ci ilin əsas rəngidir

Pantone Araşdırma İnstitutu ilin əsas rəngini seçib. Bu, PANTONE 17-3938 Very Peri - yəni, qırmızı-bənövşəyi çalarları olan mavi rəngdir.
Sputnik
Tarixdə ilk dəfədir ki, beynəlxalq tədqiqat institutunun əməkdaşları mövcud arxivlərdən hazır olanı seçməkdənsə, yeni rəng çaları işləyib hazırlayıblar.
Bu rəng bəşəriyyətin yaşadığı keçid dövrünün ruhunun simvoluna çevrilib. Bu rəng çalarının təqdimatı ilk dəfə video formatda baş tutub - beləliklə də Rəng İnstitutu rəqəmsal texnologiyalar dünyası ilə qırılmaz əlaqədə olduğunu bir daha vurğulayıb.
Məlumdur ki, 2022-ci ildən Pantone İnstitutu Microsoft şirkəti ilə əməkdaşlığa başlayacaq. Bu isə o deməkdir ki, Very Peri rəng çaları şirkətin rəqəmsal məhsullarına - PowerPoint, Teams və Windows üçün ekran qoruyucularına, habelə interfeysin dizayn variantlarına inteqrasiya olunacaq.
Pantone 2000-ci ildən bəri əsas rəngi seçir. XX əsrin ortalarından etibarən şirkət rəqəmsal indikasiyanın istifadə edildiyi standart rəng uyğunluğu sistemini işləyib hazırlayıb. Şirkətin rəng nümunələri mütəmadi olaraq xüsusi kataloqlarda dərc olunur.
1 / 17

Çiçəklər arasında pişik.

2 / 17

Kraliça Yelizaveta

3 / 17

Yunanıstanın Kiklad arxipelaqı yaxınlığında, Egey dənizində tufan zamanı şimşək çaxması.

4 / 17

Mila Schon şousunda paltar nümayiş etdirəm model.

5 / 17

Londonda 2012-ci il Paralimpiya Oyunlarının açılış mərasimi.

6 / 17

Müğənni Ledi Qaqa Los Ancelesdə "Qremmi" mükafatının təqdimetmə mərasimində.

7 / 17

Los-Ancelesdə keçirilən 2015-ci il "MTV Movie" mərasimində dəbli geyimin bir elementi.

8 / 17

Tusirstlər Cənubi Koreyadakı Cənubi Jeolla əyalətində quraşdırılmış körpüdən keçərkən.

9 / 17

Honq-Konq - Sakura almazı.

10 / 17

Vaşinqton komandasının müdafiəçisi Ceyk Brouninq Siyetldə bənövşəyi tüstü arasından keçərək komandası ilə birlikdə meydana daxil olur.

11 / 17

Cənubi Kaliforniyadakı evlərin üzərini bəzəyən Jakaranda bənövşəyi çiçəkləri.

12 / 17

Kosta Rikanın Sarapiki əyalətində kolibri quşu.

13 / 17

İstanbulda keçirilən tennis turnirinin finalında qalib gələn ABŞ-lı Serena Uilyams kubokla birlikdə.

14 / 17

Kelli Osborn Santa Monikadakı "The Art of Elysium Heaven" qala-konsertində.

15 / 17

Baltik dənizi.

16 / 17

Avstraliyalı aktrisa Stef Dousonun 2016-cı il "MTV Movie Awards" mərasimindəki ayaqqabıları.

17 / 17

Turgenevka kəndi yaxınlığındakı lavanda ilə dolu çəmənlikdə şəkil çəkdirən qız.